Xaçmazda həvəskar şahmatçılar arasında rayon turniri keçirilib. Bu barədə ShimalNews 5 dekabr tarixində Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarış Xaçmaz UGİŞM-in şahmat zalında təşkil edilib. Birincilik Beynəlxalq Şahmat Federasiyasının mövcud qaydalarına uyğun olaraq dairəvi sistem üzrə 7 turdan ibarət olub. Ruslan Əliyarov yarışın 1-cisi, Tunar Sultanov 2-cisi, Yaşar Ələkbərov isə 3-cüsü olublar.
Şahmatçılar Xaçmaz RGİİ tərəfindən hazırlanmış diplom və hədiyyələrlə mükafatlandırılıblar.