2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında Xaçmaz rayonunun təmsilçisi çıxış edəcək. Bu haqda ShimalNews 29 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Əvvəllər paytaxt klubu olan “NTD”nin adı dəyişdirilib. “NTD-INDIGO” adlanan komanda rayonumuzu təmsil edəcək. Klub ev oyunlarını Xaçmaz Olimpiya İdman Kompleksində keçirəcək.
“NTD” ötən mövsüm Basketbol Liqasının 3-sü olub.