Xaçmaz rayonunun basketbol komandasının təqdimat mərasimi keçiriləcək. Bu haqda ShimalNews 19 oktyabr tarixində Report-a istinadən məlumat verir.
"NTD-İndigo" klubunun təqdimatı ilə bağlı tədbir oktyabrın 20-də saat 16:00-da Azərbaycan Texniki Universitetinin idman zalında təşkil ediləcək.
Mərasimdə klubun yeni formaları nümayiş ediləcək, transfer etdiyi basketbolçular və qarşıdakı planlar haqda idman ictimaiyyətinə məlumat veriləcək.