Xaçmazda Əməkdar məşqçi Ramil Məmmədov məktəblilər üçün ustad dərsi keçirəcək. Bu barədə ShimalNews 2 mart tarixində rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir bu gün saat 10:00-da 8 nömrəli məktəb-liseydə baş tutacaq. Burada sərbəst güləş idman növü üzrə Əməkdar məşqçi yuxarı sinif şagirdləri üçün master-klas keçirəcək.
Ustad-dərsi "İdman həftəsi" çərçivəsində təşkil edilir.