Xaçmazda cüdo üzrə açıq məktəb birinciliyi keçirilib. Bu haqda 8 may tarixində ShimalNews rayon UGİŞM-ə istinadən məlumat verir.
UGİŞM-in güləş zalında baş tutan tədbir Heydər Əliyevin 100 illiyinə həsr olunub. Yarışa rayonda fəaliyyət göstərən cüdo komandaları ilə yanaşı, Qusardan gələn idmançılar da qatılıblar. Ümumilikdə 90-a yaxın yeniyetmə idmançı mükafatlar uğrunda mübarizə aparıb.
Birincilikdə yüksək yer tutan idmançılara rayon Gənclər və İdman İdarəsi və UGİŞM-in rəhbərliyi tərəfindən fəxri diplomlar və medallar təqdim olunub.