top
Vüqar Nadirov “Hypers Guba”nı “Şəmkir”ə dəyişdi
18 noyabr 2024, 17:00
- ↺ +

Vüqar Nadirov “Hypers Guba”nı “Şəmkir”ə dəyişdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Nadirov İkinci Liqada mübarizə aparan “Hypers Guba” klubundan ayrılıb.

Arena.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssisin vaxtilə özünün yaratdığı bu klubdan ayrılması birmənalı qarşılanmayıb.

İddiaya görə, o, maliyyə problemləri səbəbindən doğma komandasının baş məşqçi postunu tərk edib.

Artıq Vüqar Nadirovun yeni iş yeri də məlumdur. Onunla 6 ay + 1 illik müqavilə imzalanıb, bundan sonra o, İkinci Liqanın digər təmsilçisi “Şəmkir”i çalışdıracaq. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Bu təyinatdan sonra Vüqar Nadirovun “Hypers Guba”nı tərk etməsində elə “Şəmkir”dən aldığı təklifin də rol oynadığını demək olar.

Qeyd edək ki, Vüqar Nadirov “Şəmkir”in baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Ceyhun Əhmədovu əvəz edib.

Yeri gəlmişkən, “Hypers Guba”nın da yeni baş məşqçisi məlum olub. İkinci Liqa təmsilçisi vakant postu Bəhram Şahquliyevə tapşırıb. O, mövsümün sonunadək Quba komandasını çalışdıracaq. Qusarlı çalışdırıcının qarşısına Birinci Liqaya vəsiqə uğrunda mübarizə aparmaq vəzifəsi qoyulub.

Xatırladaq ki, bu çempionat Bəhram Şahquliyevə tanışdır. O, ötən mövsümün ikinci yarısına qədər “Şahdağ Qusar”ın sükanı arxasında dayanıb.

İkinci Liqanın debütantı olan “Hypers Guba” bu mövsüm keçirdiyi 9 oyunda 18 xal toplayıb. Mövsümün geridə qalan hissəsində 6 qələbə əldə edən və 3 dəfə məğlubiyyətlə üzləşən şimal komandası turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

“Şəmkir” isə 9 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Komanda 13 xalla 6-cı sırada qərarlaşıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər