Quba Olimpiya İdman Kompleksində keçirilən "Ulduz Cup" beynəlxalq turnirin yarımfinalında bizim “Ulduz” FA komandamız “Saburtalo”nun (Gürcüstan) üzərində qələbə qazanıb.
ShimalNews xəbər verir ki, oyunun əsas hissəsində qapılara qol vurulmayıb. Əlavə vaxtda isə hesab 1:1 olub. Matçın taleyini penalti 5:4 xalla bitirib.
Həlledici görüşdə “Ulduz” FA və “Dinamo Minsk” komandaları mübarizə aparacaq.