Bu gün futbol üzrə II Liqada 13-cü tur start götürəcək.
Shimal.News xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Siyəzən şəhər stadionunda, saat 14:00-da Şimal derbisi baş tutacaq. “Şimal” ( Xaçmaz) və “Hypers Guba” üz-üzə gələcək.
Eləcə də “Kür-Araz” Saatlıda “Göygöl”ü qonaq edəcək.