Hazırda Xaçmaz Olimpiya İdman Kompleksində U-18 yeniyetmələr arasında cüdo üzrə bölgə birinciliyi keçirilir. Bu barədə ShimalNews 30 sentyabr tarixində Azərbaycan Cüdo Federasiyasına istinadən məlumat verir.
Bu gün Xaçmaz şəhərində U-18 yeniyetmə cüdoçular arasında region birinciliyi start götürüb. Burada şimal regionunu təmsil edən 10 komanda, ümumilikdə 109 cüdoçu iştirak edir.
Yarışın nəticələrini canlı izləmək üçün linkə keçid edə bilərsiniz.