Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə sentyabr ayında şimal bölgəsi üzrə region birinciliyini təşkil edəcək.
ShimalNews adıçəkilən federasiyaya istinadən xəbər verir ki, tatamidə U-15 və U-18 yeniyetmələr mübarizə aparacaqlar.
Yarış sentyabrın 23-24-ü tarixlərində Quba Olimpiya İdman Komplesində keçiriləcək.