Şimal bölgəsi və respublika üzrə üzgüçülük yarışlarının qalibləri mükafatlandırılıblar. Bu barədə ShimalNews 5 yanvar tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
24-26 dekabr 2022-ci il tarixlərində “Birlikdə üzək” adlı üzgüçülük yarışları keçirilib. Bu gün isə yarışda qalib gələn idmançılarımız diplom və medallarla təltif olunublar.
Adıçəkilən yarış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ölkənin 30 Olimpiya İdman Kompleksində baş tutub.