Azərbaycan Voleybol Federasiyası (AVF) Quba, Qusar və Xaçmaz rayonlarına yenidən səfər edib. Bu barədə ShimalNews 5 fevral tarixində məlumat verir.
Mütəxəssislər orta məktəblərdə olub, həmçinin voleybol məşqlərində iştirak ediblər. Onlar bu idman haqqında uşaqlara ətraflı məlumatlar veriblər. Federasiya nümayəndələri müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatını aparıblar.