Misli Premyer Liqasının XII turunda "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib.
Shimal.News xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 34-cü dəqiqədə Joarlem Santos, 88-ci dəqiqədə isə İbrahima Vadji rəqib qapısından keçiriblər. Bu nəticədən sonra "Turan Tovuz" turnir cədvəlində 24 xalla üçüncü pillədə qərarlaşıb. 14 xala malik "Şamaxı" isə 7-cidir.
Günün ikinci duelində "Şəfa" "Qəbələ"ni qəbul edir. "SOCAR Polymer Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlayıb.