Shimal.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 22-də Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava fasilələrlə yağıntılı olacaq.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 14-18 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-6, gündüz 6-9 dərəcə isti gözlənilir.