Xaçmaz rayonunun rəhbərliyi və Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri Susayqışlaq kəndində salınan intensiv meyvə bağına baxış keçirib.
Shimal.News xəbər verir ki, yeni bağda müxtəlif alma sortlarının yetişdirilməsi nəzərdə tutulur.
Yerli sahibkar Səməndər Yunusova məxsus 3 hektarlıq bağda damlama üsulu ilə suvarma sistemi qurulacaq. Burada növbəti illərdə müxtəlif alma sortlarının yetişdirilməsi planlaşdırılır.
Səfər çərçivəsində kənddə "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan ağacəkmə aksiyası da keçirilib. Tədbirdə Elnur Rzayev, idarə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər. Yol kənarlarına yerli iqlim şəraitinə uyğun şam və müxtəlif meyvə ağacları əkilib.