Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq kompleksi "Bağ-park, monumental və xatirə abidələri" siyahısına əlavə olunub.
Shimal.News xəbər verir ki, Baş nazir Əli Əsədov dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliyə əsasən, Qubada yerləşən 1918-ci il kütləvi məzarlığı da "Arxeoloji abidələr" bölməsinə daxil edilib.
Qərarla Astara rayonundakı Əlişa qala kompleksi (e.ə. IV–e. XVI əsrlər) də arxeoloji abidələr siyahısına əlavə olunub.
Bundan başqa, Gəncədə XIX əsrə aid üç yaşayış evi, Sumqayıtda isə Hacı Məcid (XVI əsr) və Hacı Əmrulla (XVII əsr) hamamları "Memarlıq abidələri" bölməsinə daxil edilib.