top
Quba RMX-də direktor müavini vəzifəsindən azad edilib
Foto
Bu gün, 17:08
- ↺ +

Quba RMX-də direktor müavini vəzifəsindən azad edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba Rayon Mərkəzi Xəstəxanasının inzibati işlər üzrə direktor müavini tutduğu vəzifədən kənarlaşdırılıb.

Shimal.News-un əldə etdiyi məlumata görə, TƏBİB-in qərarı ilə Əfqan Paşayev barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi tətbiq olunub.

İşdən çıxarılma Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə rəsmiləşdirilib. Buna səbəb kimi arayışların verilməsi məsələsinə nəzarətin lazımi səviyyədə həyata keçirilməməsi göstərilib.

Qərarın xəstəxana kollektivində təəssüf və narazılıq yaratdığı bildirilir. Paşayevin uzun müddət ərzində tibb müəssisəsinin fəaliyyətinə verdiyi töhfələr kollektiv tərəfindən yüksək qiymətləndirilib.

Əldə etdiyimiz məlumata görə, Əfqan Paşayev işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işəgötürən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması hallarında əmək müqaviləsinə xitam verə bilər. Bu əsasla işdən çıxarılmanın qanuniliyi mübahisələndirildikdə, pozuntunun və işçinin təqsirinin sübuta yetirilməsi məsələsi məhkəmədə araşdırıla bilər.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:44

Quba Soyqırımı Muzeyi dövlət mühafizəsinə götürülüb

Kriminal
Bu gün, 14:54

Xaçmazda brakonyerlərdən 29 nərə balığı aşkarlandı

Hadisə
Bu gün, 14:36

Şəkidə iki avtomobil toqquşub - VİDEO

Bütün xəbərlər
Bu gün, 14:20

Zaqatalada bir neçə abonentə görə qəsəbəyə istilik verilmir

Bütün xəbərlər
Bu gün, 13:12

Şimalın komandaları bu gün meydanlara çıxacaq

Cəmiyyət
Bu gün, 12:15

Qubada beynəlxalq elmi konfrans

Hadisə
Bu gün, 11:47

Xaçmaz dairəsində zəncirvari qəza

Cəmiyyət
Bu gün, 11:14

Bakı–Balakən qatarı bu gündən fəaliyyətə başlayır

Cəmiyyət
Bu gün, 10:47

Şimalda yağış və güclü külək müşahidə olunur – Şahdağa qar yağır

Hadisə
Bu gün, 10:24

"Atlant"ın rəhbəri ürək çatışmazlığından vəfat etdi

Cəmiyyət
Bu gün, 09:45

Beynəlxalq ekspert Xaçmazda fermerlərə bağçılığın sirlərini öyrədib

İdman
Bu gün, 09:18

Qubalı balaca gimnast birinci oldu

Hadisə
Bu gün, 00:20

Qarakənd faciəsindən 35 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 18:30

Şimalda hava dəyişir: Yağış və qar gözlənilir

İdman
Dünən, 17:51

"Qəbələ" futbolçusu Eşqin Əhmədov "Neftçi"yə keçir? - RƏSMİ CAVAB

Cəmiyyət
Dünən, 17:30

Dünyada gözlənilən "Obitus" qorxu filmi Şəkinin dağlarında çəkilib

Kriminal
Dünən, 16:57

Qusarda 19 ton şokolad və peçenyeni Rusiyaya keçirdi – 5 il 6 ay həbs aldı

Hadisə
Dünən, 16:11

İsmayıllıda qanunsuz ət kəsimi: 300 kiloqram at əti tapıldı

İqtisadiyyat
Dünən, 15:52

Qusarda kənd yumurtası 60 qəpiyə qalxdı

İqtisadiyyat
Dünən, 15:31

Qusarda kənd təsərrüfatına 78 milyon manatlıq investisiya qoyulacaq

Cəmiyyət
Dünən, 14:03

Quba məktəblisi beynəlxalq festivalda birinci oldu

Cəmiyyət
Dünən, 13:30

19 yaşında Vətən uğrunda şəhid olan Vüsalın doğum günüdür

Oxşar xəbərlər