Xaçmaz dairəsində dünən axşam saatlarında yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, "VAZ", "Mercedes" və "Land Rover" markalı avtomobillər toqquşub.
Nəticədə avtomobillərə ziyan dəyib, digər nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Xəsarət alan olmayıb.