Xəzər dənizinin Xaçmaz rayonu istiqamətində qanunsuz balıq ovuna qarşı əməliyyat keçirilib.
Shimal.News xəbər verir ki, Nabran sahillərində keçirilən birgə əməliyyat zamanı iki nəfər saxlanılıb.
DİN-in Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı "Yamaha" markalı motorlu qayıq saxlanılıb.
Qayıqda olan 1980-ci il təvəllüdlü Pərviz Xankişiyev və 1997-ci il təvəllüdlü Həsən İsayevdən qanunsuz ovlanmış 29 ədəd nərəcinsli balıq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.