Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" mövzusunda VI Beynəlxalq elmi konfrans başlayıb.
Shimal.News xəbər verir ki, tədbirdə regionlarda ali təhsilin gələcəyi müzakirə edilir.
Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya, Türkiyə və Pakistandan olan tədqiqatçılar tədbirə ümumilikdə 101 elmi məqalə təqdim ediblər. Onlardan 38-i xarici ölkələrin alimlərinə məxsusdur.
Konfransda Quba filialının son illərdəki inkişaf göstəriciləri də açıqlanıb. Son 6 ildə tələbələrin sayı 65 faiz artaraq 1100-ə, tədris olunan ixtisasların sayı isə 55 faiz artaraq 11-ə çatıb.
Noyabrın 21-dək davam edəcək konfransda süni intellekt, rəqəmsal təhsil, müəllim hazırlığı, ekologiya, aqrar tədqiqatlar, turizm və regional inkişaf mövzularında müzakirələr aparılır.
Tədbir çərçivəsində xarici universitetlərlə elmi əməkdaşlıq imkanları da müzakirə olunur. İştirakçıların Qubanın tarixi-mədəni məkanları ilə tanışlığı da nəzərdə tutulub.