Bu gün səhər saatlarında Bakı şəhər sakini olan 4 yaşlı S.B. Şəkidə küçə itinin hücumuna məruz qalıb.
Hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.
Uşaq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az