top
Atlantın rəhbəri ürək çatışmazlığından vəfat etdi
Bu gün, 10:24
- ↺ +

"Atlant"ın rəhbəri ürək çatışmazlığından vəfat etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nabranda yerləşən istirahət mərkəzinin rəhbəri ürək çatışmazlığından dünyasını dəyişib. 

"Atlant" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək. O, ata yurdu olan İsnov kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Tahir Qədəşovun kürəkəni, "Təbriz" MTK-nın rəhbəri və "Atlant" istirahət mərkəzinin şəriklərindən biri Nofəl Hacıyev noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Hacıyev 2018–2022-ci illərdə tikilməkdə olan binalardakı mənzilləri bir neçə şəxsə sataraq 171 vətəndaşın 14 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq materiallarında həmin vəsaitin bir hissəsinin "Atlant" istirahət mərkəzinin təmir-tikinti işlərinə yönəldildiyi bildirilib.

Məhkəmənin qərarı ilə istirahət kompleksi də müsadirə olunub. Onun hərrac yolu ilə satılması, əldə ediləcək vəsaitin zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə yönəldilməsi nəzərdə tutulub.

İş üzrə digər təqsirləndirilən şəxs, "Təbriz" MTK-nın icraçı direktoru Talış Məhəmmədova isə şərti cəza verilib.
Mənbə: Bizim.Media

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:45

Beynəlxalq ekspert Xaçmazda fermerlərə bağçılığın sirlərini öyrədib

İdman
Bu gün, 09:18

Qubalı balaca gimnast birinci oldu

Hadisə
Bu gün, 00:20

Qarakənd faciəsindən 35 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 18:30

Şimalda hava dəyişir: Yağış və qar gözlənilir

İdman
Dünən, 17:51

"Qəbələ" futbolçusu Eşqin Əhmədov "Neftçi"yə keçir? - RƏSMİ CAVAB

Cəmiyyət
Dünən, 17:30

Dünyada gözlənilən "Obitus" qorxu filmi Şəkinin dağlarında çəkilib

Kriminal
Dünən, 16:57

Qusarda 19 ton şokolad və peçenyeni Rusiyaya keçirdi – 5 il 6 ay həbs aldı

Hadisə
Dünən, 16:11

İsmayıllıda qanunsuz ət kəsimi: 300 kiloqram at əti tapıldı

İqtisadiyyat
Dünən, 15:52

Qusarda kənd yumurtası 60 qəpiyə qalxdı

İqtisadiyyat
Dünən, 15:31

Qusarda kənd təsərrüfatına 78 milyon manatlıq investisiya qoyulacaq

Cəmiyyət
Dünən, 14:03

Quba məktəblisi beynəlxalq festivalda birinci oldu

Cəmiyyət
Dünən, 13:30

19 yaşında Vətən uğrunda şəhid olan Vüsalın doğum günüdür

Hadisə
Dünən, 12:40

Qubada avtomobil yeniyetməni vurdu - YENİLƏNİB

Hadisə
Dünən, 11:34

İsmayıllıdan olan BDU-nun dosentinin meyiti tapıldı

Cəmiyyət
Dünən, 10:48

Alim Qasımov və Fərqanə Qasımovanın ifası "GTA 6" oyununda

Cəmiyyət
Dünən, 10:14

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edildi

Hadisə
Dünən, 09:26

Qubanın Qəçrəş kəndində ev yanıb

Cəmiyyət
18 noyabr 2026, 19:30

Qubada baxımsız kanal: Sakinlər öz ciblərindən pul xərcləyirlər

Hadisə
18 noyabr 2026, 18:15

İsmayıllıdan olan 20 yaşlı tələbə Sumqayıt bulvarında batıb

Cəmiyyət
18 noyabr 2026, 17:30

Qubanın bu kəndinin yolları axşamlar qaranlığa qərq olur

Hadisə
18 noyabr 2026, 16:53

Oğuzda "avtoşluq" edən sürücü həbs olunub

Cəmiyyət
18 noyabr 2026, 16:20

Şimalda külək güclənəcək

Oxşar xəbərlər