Qusarın Yasab kəndində 644 evin qazlaşdırılması, Hil kəndində isə elektrik şəbəkəsinin yenidən qurulması işləri aparılır.
Shimal.News xəbər verir ki, rayonun icra başçısı Sahir Məmmədxanov hər iki kənddə layihələrin icra vəziyyəti ilə tanış olub.
Yasab kəndində 29050 metr uzunluğunda qaz boru xəttinin çəkilməsi nəzərdə tutulub. İndiyədək 7980 metr xətt çəkilib. O cümlədən 4500 metr uzunluğunda əsas magistral boru xəttinin quraşdırılması başa çatıb. Evlərə qaz verilməsi üçün nəzərdə tutulan 3500 metrlik boru xəttinin çəkilişinə isə hələ başlanılmayıb.
Hil kəndində elektrik şəbəkəsinin yenidən qurulması çərçivəsində 10 və 0,4 kV-luq xətlər üzrə ümumilikdə 40 873 metr kabel çəkilib. Layihə üzrə 403 ədəd 10 kV-luq, 1 479 ədəd 0,4 kV-luq dayaq quraşdırılıb. Həmçinin 527 abonent qutusu yerləşdirilib.
Məlumata görə, Hil kəndində elektrik şəbəkəsinin yenilənməsi ilə bağlı bütün işlərin cari ilin dekabr ayının sonunadək başa çatdırılması planlaşdırılır.![]()
![]()