top
Zaqatalada bir neçə abonentə görə qəsəbəyə istilik verilmir
Bu gün, 14:20
- ↺ +

Zaqatalada bir neçə abonentə görə qəsəbəyə istilik verilmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Zaqatalanın Aşağı Tala kəndində keçmiş məcburi köçkünlər üçün salınan qəsəbədə istilik təchizatı bəzi sakinlərin əvvəlki illərdən qalan borclarına görə dayandırılıb.

Sakinlər iki həftədən çoxdur soyuq evlərdə yaşayırlar. Borcun ümumi məbləğinin 7-8 min manata çatdığı bildirilir.

Sakinlərin sözlərinə görə, təxminən 25-30 nəfərin borcunu ödəməməsi bütün qəsəbənin istiliksiz qalmasına səbəb olub. Onlar borcu olmayan ailələrin də soyuq şəraitdə yaşamağa məcbur edilməsindən narazıdırlar. Xüsusilə azyaşlı uşaqları olan ailələr vəziyyətin çətin olduğunu bildirirlər.

Sakinlərdən biri evində səkkiz azyaşlı övladının olduğunu, istilik olmadığı üçün uşaqların soyuqdan əziyyət çəkdiyini deyib. Digər sakin isə ailəsində körpə uşağın da olduğunu vurğulayaraq, özünün borcu olsa belə, digər ailələrin buna görə cəzalandırılmasının düzgün olmadığını bildirib.

Narazılıq məktəb və uşaq bağçasına da təsir edib. Sakinlərin iddiasına görə, noyabrın 1-dən 13-dək 130 məktəbli və 50 bağça uşağı soyuq şəraitdə qalıb. Onlar təhsil müəssisələrinin istilik borcunun olmadığını qeyd edirlər.

Zaqatala İstilik Sistemləri İstismarı Sahəsinin rəisi İsi Əsgərovun sözlərinə görə, istilik mərkəzləşdirilmiş qazanxana vasitəsilə verildiyindən borclu mənzilləri digər abonentlərdən ayrıca ayırmaq mümkün deyil.

Sahə rəisi qeyd edib ki, borcu olan və hazırda mənzillərdə yaşamayan sakinlərin istilik sistemindən ayrılması üçün müvafiq icra orqanının göstərişi tələb olunur. Bu addım atıldıqdan sonra digər sakinlərə istiliyin verilməsi mümkün olacaq.

Qəsəbə icra nümayəndəliyindən isə bildirilib ki, sakinlərlə birgə iş aparılır, borclulara xəbərdarlıq edilir və problemin yaxın günlərdə həlli üçün tədbirlər görüləcək. Mənbə: İTV

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:12

Şimalın komandaları bu gün meydanlara çıxacaq

Cəmiyyət
Bu gün, 12:15

Qubada beynəlxalq elmi konfrans

Hadisə
Bu gün, 11:47

Xaçmaz dairəsində zəncirvari qəza

Cəmiyyət
Bu gün, 11:14

Bakı–Balakən qatarı bu gündən fəaliyyətə başlayır

Cəmiyyət
Bu gün, 10:47

Şimalda yağış və güclü külək müşahidə olunur – Şahdağa qar yağır

Hadisə
Bu gün, 10:24

"Atlant"ın rəhbəri ürək çatışmazlığından vəfat etdi

Cəmiyyət
Bu gün, 09:45

Beynəlxalq ekspert Xaçmazda fermerlərə bağçılığın sirlərini öyrədib

İdman
Bu gün, 09:18

Qubalı balaca gimnast birinci oldu

Hadisə
Bu gün, 00:20

Qarakənd faciəsindən 35 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 18:30

Şimalda hava dəyişir: Yağış və qar gözlənilir

İdman
Dünən, 17:51

"Qəbələ" futbolçusu Eşqin Əhmədov "Neftçi"yə keçir? - RƏSMİ CAVAB

Cəmiyyət
Dünən, 17:30

Dünyada gözlənilən "Obitus" qorxu filmi Şəkinin dağlarında çəkilib

Kriminal
Dünən, 16:57

Qusarda 19 ton şokolad və peçenyeni Rusiyaya keçirdi – 5 il 6 ay həbs aldı

Hadisə
Dünən, 16:11

İsmayıllıda qanunsuz ət kəsimi: 300 kiloqram at əti tapıldı

İqtisadiyyat
Dünən, 15:52

Qusarda kənd yumurtası 60 qəpiyə qalxdı

İqtisadiyyat
Dünən, 15:31

Qusarda kənd təsərrüfatına 78 milyon manatlıq investisiya qoyulacaq

Cəmiyyət
Dünən, 14:03

Quba məktəblisi beynəlxalq festivalda birinci oldu

Cəmiyyət
Dünən, 13:30

19 yaşında Vətən uğrunda şəhid olan Vüsalın doğum günüdür

Hadisə
Dünən, 12:40

Qubada avtomobil yeniyetməni vurdu - YENİLƏNİB

Hadisə
Dünən, 11:34

İsmayıllıdan olan BDU-nun dosentinin meyiti tapıldı

Cəmiyyət
Dünən, 10:48

Alim Qasımov və Fərqanə Qasımovanın ifası "GTA 6" oyununda

Cəmiyyət
Dünən, 10:14

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edildi

Oxşar xəbərlər