top
Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi
Bu gün, 00:05
- ↺ +

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Hypers Quba" futbol klubunun prezidenti Ayaz Abdullayev Futbolun İnkişafı Fondunu (FİF) Quba təmsilçisinin inkişafına mane olmaqda və klubu almaq istəyən investorları "Səbail"ə yönləndirməkdə ittiham edib. FİF-in icraçı direktoru Tural Piriyev isə səsləndirilən iddiaları təkzib edərək hadisələrin fərqli şəkildə baş verdiyini bildirib.

Ayaz Abdullayev sosial şəbəkə hesabında paylaşım edərək "Hypers Quba"nın fəaliyyətini davam etdirməsi üçün bütün imkanlarını səfərbər etdiyini, lakin klubun Birinci Liqaya yüksəlməsi ilə bağlı planlarının baş tutmadığını bildirib.

Onun sözlərinə görə, ötən mövsüm çempionatı üçüncü pillədə başa vuran komandanın liqada iştirak edən klubların sayının artırılması ilə əlaqədar Birinci Liqaya yüksəlməsi gözlənilirdi. Klubun maliyyə çətinlikləri ilə üzləşməsindən sonra Qubadan olan bir neçə şəxs komandanı təhvil almaq istəyib.

Abdullayev bildirib ki, həmin şəxslərlə əlaqə FİF vasitəsilə yaradılıb. O, mövcud borcların bağlanması müqabilində klubu təhvil verməyə hazır olduğunu deyib. Lakin sonradan investorların qarşısına "Hypers Quba" əvəzinə "Səbail" variantının çıxarıldığını iddia edib.

Klub prezidentinin sözlərinə görə, ilkin məqsəd "Səbail"in adını dəyişdirərək Quba təmsilçisi kimi fəaliyyət göstərməsi olub. Ancaq bu variant da reallaşmayıb.

Abdullayev komanda sayının artırılmamasını da qəsdən atılmış addım kimi qiymətləndirib. O, həmçinin FİF-in digər klublarla bağlı fəaliyyətini, qurumun xərclərini və futbolun inkişafına real töhfəsini sual altına alıb.

Klub prezidenti futbolun inkişafının seminar və səfərlərlə deyil, ayaqda qalan klublar, yetişən futbolçular, infrastruktur və davamlı maliyyə modeli ilə ölçülməli olduğunu vurğulayıb. O, paylaşımının sonunda futbolla bağlı fəaliyyətini başa vurduğunu açıqlayıb.

Ayaz Abdullayevin ittihamlarına FİF-in icraçı direktoru Tural Piriyev sportify.az-a müsahibəsində cavab verib.

Piriyev bildirib ki, Fond "Hypers Quba" Qubaya köçdüyü ilk gündən kluba dəstək göstərməyə çalışıb. Onun sözlərinə görə, investorlarla da danışıqlar aparılıb və potensial səhmdarlara ilk olaraq məhz "Hypers Quba" təklif edilib.

İcraçı direktor investorların Qubaya gəldiyini, stadionla tanış olduğunu və həmin görüşlərdə Ayaz Abdullayevin də iştirak edərək komandanı təqdim etdiyini söyləyib.

Lakin Piriyev klubun borclarının bağlanması müqabilində təhvil verilməsi barədə razılığın olmadığını iddia edib. Onun sözlərinə görə, Abdullayev dəfələrlə klubun borcunun olmadığını bildirib, investorların marağını artırmaq üçün maliyyə problemləri barədə məlumatları özü yaydığını söyləyib.

FİF rəhbəri Abdullayevin əslində klubun satılması müqabilində pul tələb etdiyini iddia edib:

"İstəyim odur ki, mənə pul ödənilsin. İndi 400-500 min manat, I Liqaya yüksələcəkləri təqdirdə, 700 min – 1 milyon manata satmağa hazıram. Amma hələ konkret məbləğ demirəm".

Piriyev vurğulayıb ki, FİF klubların alqı-satqısı prosesində iştirak etmir və bu barədə Abdullayevə də məlumat verilib. Onun sözlərinə görə, investorlar sonradan öz qərarları ilə "Səbail"lə danışıqlara başlayıb və razılığa gəliblər.

İcraçı direktor bildirib ki, investorların "Səbail"ə üstünlük verməsinin əsas səbəbi Ayaz Abdullayevin kluba qoyduğu vəsaiti geri almaq istəməsi olub. Onun iddiasına görə, investorlar "Səbail"in borclarını qarşılamaqla yanaşı, Abdullayevin də klubda qalmasına razı idilər. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Piriyev həmçinin "Mingəçevir"in maliyyə vəziyyəti ilə bağlı tənqidlərə münasibət bildirib. O, klubun əməkhaqqı problemləri yaşadığını, hətta bu səbəbdən komandanın oyunlara çıxa bilmədiyini təsdiqləyib. Bununla belə, həmin məsələlərin artıq həll olunduğunu və komandanın məşqlərə başladığını qeyd edib.

FİF rəhbəri ilin sonuna qədər "Mingəçevir"dəki mövcud problemlərin tam aradan qaldırılması üçün çalışacaqlarını söyləyib.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 17:30

Doqquz ayda 75 üçəm, 2126 əkiz doğulub

Cəmiyyət
Dünən, 17:08

Quba RMX-də direktor müavini vəzifəsindən azad edilib

Cəmiyyət
Dünən, 15:44

Quba Soyqırımı Muzeyi dövlət mühafizəsinə götürülüb

Kriminal
Dünən, 14:54

Xaçmazda brakonyerlərdən 29 nərə balığı aşkarlandı

Hadisə
Dünən, 14:36

Şəkidə iki avtomobil toqquşub - VİDEO

Bütün xəbərlər
Dünən, 14:20

Zaqatalada bir neçə abonentə görə qəsəbəyə istilik verilmir

Bütün xəbərlər
Dünən, 13:12

Şimalın komandaları bu gün meydanlara çıxacaq

Cəmiyyət
Dünən, 12:15

Qubada beynəlxalq elmi konfrans

Hadisə
Dünən, 11:47

Xaçmaz dairəsində zəncirvari qəza

Cəmiyyət
Dünən, 11:14

Bakı–Balakən qatarı bu gündən fəaliyyətə başlayır

Cəmiyyət
Dünən, 10:47

Şimalda yağış və güclü külək müşahidə olunur – Şahdağa qar yağır

Hadisə
Dünən, 10:24

"Atlant"ın rəhbəri ürək çatışmazlığından vəfat etdi

Cəmiyyət
Dünən, 09:45

Beynəlxalq ekspert Xaçmazda fermerlərə bağçılığın sirlərini öyrədib

İdman
Dünən, 09:18

Qubalı balaca gimnast birinci oldu

Hadisə
Dünən, 00:20

Qarakənd faciəsindən 35 il ötür

Cəmiyyət
Dünən, 00:01

Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür

Cəmiyyət
19 noyabr 2026, 18:30

Şimalda hava dəyişir: Yağış və qar gözlənilir

İdman
19 noyabr 2026, 17:51

"Qəbələ" futbolçusu Eşqin Əhmədov "Neftçi"yə keçir? - RƏSMİ CAVAB

Cəmiyyət
19 noyabr 2026, 17:30

Dünyada gözlənilən "Obitus" qorxu filmi Şəkinin dağlarında çəkilib

Kriminal
19 noyabr 2026, 16:57

Qusarda 19 ton şokolad və peçenyeni Rusiyaya keçirdi – 5 il 6 ay həbs aldı

Hadisə
19 noyabr 2026, 16:11

İsmayıllıda qanunsuz ət kəsimi: 300 kiloqram at əti tapıldı

İqtisadiyyat
19 noyabr 2026, 15:52

Qusarda kənd yumurtası 60 qəpiyə qalxdı

İqtisadiyyat
19 noyabr 2026, 15:31

Qusarda kənd təsərrüfatına 78 milyon manatlıq investisiya qoyulacaq

Oxşar xəbərlər