Hakimlərin bərbad idarəçiliyi, oyunu bilməməkləri nəticəyə təsir etdi.
Shimal.News xəbər verir ki, bunu "Quba" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan kubokunun 1/8 finalında "Abşeron"a 94:96 hesablı məğlubiyyəti şərh edib:
“Sanki bu oyundan xəbərləri yoxdur. Özümüz də ilk dəfə idi ki, bu meydanda oynayırıq. Əsasən hakimlərin idarəçiliyi nəticəni belə duruma günə gətirdi. Hakim idarəçiliyi yaxşı olsaydı, növbəti mərhələyə keçərdik. Biz kimdən zəifik?! "Naxçıvan"a da müqavimət göstərəcəkdik amma hakimlik bərbad idi. Demirəm hakimlər bilərəkdən edirlər, sadəcə bacarmırlar”.
Qeyd edək ki, oyunun qalibi iki overtaymdan sonra bəlli olub.