“Yaxşı hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Ancaq oyunçuların fərdi olaraq sonluqda səhvləri oldu”.
Shimal.News xəbər verir ki, bunu “Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov “Lənkəran”la keçirdikləri görüşdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis rəqib komandanı qələbə münasibətilə təbrik edib: “Lənkəran”ı təbrik edirəm, çox yaxşı oynadılar. Demək olar ki, sona qədər mübarizə apardılar. Rəqibi bir daha təbrik edirəm”.
Baş məşqçi oyunçularından narazılığını ifadə edib: “Qarşı tərəf yaxşı oynadı, lakin bizim oyunçular barədə bunu demək olmaz.
11 xallıq fərq yaratdıq. Ancaq sonra oyunçular arasında əlaqə itdi. Nəticədə, oyun əldən getdi. Sonda isə bəzi oyunçularımızın səhvləri buna gətirib çıxardı”.
Qeyd edək ki, ötən gün Azərbaycan Basketbol Liqasının 13-cü turunda “Quba” – “Lənkəran”a 87:84 hesabı ilə uduzub.