“Şahdağ” Turizm Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ xizəyi yarışı keçirilir. Bu barədə ShimalNews 18 fevral tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Yarış 2 gün davam edəcək. Burada 50-dən çox iştirakçı mübarizə aparacaq. Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə medallar və diplomlar təqdim olunacaq. Eləcə də müxtəlif həvəsləndirici hədiyyələr olacaq.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/02/22.mp4"][/video]