Futbol üzrə Azərbaycan çempionatında bu komanda oyuna gəlmədi.
Shimal.News xəbər verir ki, II Liqada XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayıb.
Buna səbəb “Kür-Araz” komandasının təyin edilmiş vaxtda stadiona gəlməməsidir. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
Meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olub və arena oyun üçün tam hazır vəziyyətə gətirilib.