İkinci liqanın 8-ci turunda Qubanın “Hypers Guba” və “Şahdağ Qusar” komandalarının gərgin mübarizəsi baş tutub.
ShimalNews xəbər verir ki, oyun Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilib.
Qusar komandası 3:1 hesabla qələbə çalıb. Bununla o, 8 turun bütün oyunlarını qələbə ilə başa vurub.
Azərbaycan peşəkar liqaları çərçivəsində sonuncu matç bu komandalar arasında 25 il əvvəl oynanılıb.