Mayın 4-ü II Liqada keçiriləcək "Şəfa" - "Şahdağ Qusar" oyununa 3729 bilet satılıb.
Shimal.News xəbər verir ki, bu barədə “Şəfa” FK məlumat yayıb.
Məlumata görə, hazırda əlavə bilet mövcud deyil və satış rəsmi olaraq bağlanıb.
Qeyd edək ki, bu, Misli Premyer Liqasında belə nadir hallarda görüləcək tamaşaçı sayıdır.