top
Rahid Əmirquliyev: “Şahdağ Qusar”a qayıtmağı özümə borc bildim” 
26 iyun 2025, 15:34
- ↺ +

Rahid Əmirquliyev: “Şahdağ Qusar”a qayıtmağı özümə borc bildim” 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rahid Əmirquliyev ölkənin ən titullu, uzunmüddətli karyeraya malik futbolçularından biridir. Vaxtilə bir çox məşhur klubun formasını geyən qusarlı yarımmüdafiəçi indi doğma rayonun komandasının uğurları üçün çalışır.

Football-plus.аz-ın əməkdaşı "Şahdağ Qusar"ın kapitanı ilə söhbətdə bəzi suallara cavab tapmağa çalışıb.

- Rahid, necəsən, komanda şəklində məşqlərə başlamısızmı?

- Xeyr, komanda heç bir işə başlamayıb. Hələ də rəhbərlikdən cavab gözləyirik. Büdcə müəyyənləşməyib. Büdcə müəyyənləşəndən sonra hansısa addımı atmaq olar. Heç nə bilinmir deyə, hazırlıq da buna görə başlamayıb.

- Oğlun Ramil də futbolu seçib, bir neçə gün əvvəl U-14 liqasında mövsümün ən yaxşı oyunçusu sayıldı. Necə düşünürsən, böyük futbolçu ola, səni və əmisi Fairi unutdura bilərmi?

– Düzdür, futbola gedir, “Qarabağ”da oynayır. Bu il çempion oldular, çempionatın ən yaxşısı seçilib. Potensialı var, amma hələ uşaqdır. Heç kim indidən deyə bilməz ki, gələcəkdə güclü futbolçu olacaq. Ümumi götürsək, futbolçu olmaq şansı, potensialı var. Məni və əmisini unutdurub-unutdurmayacağını gələcək göstərəcək.

- İllərdi premyer-liqada ən çox oyun keçirən futbolçusan. Bu rekordu (451 oyun – red.) nə qədər qoruya biləcəksən?

- Oyun sayına görə rekord uzun müddət Mahmud Qurbanova məxsus olub. Mənim rekordumun nə vaxt qırılacağını dəqiq deyə bilmərəm. Amma əminəm ki, bu rekord da nə vaxtsa qırılmaq üçündür. Yaxınlarda olmasa da, gələcəkdə bu rekordu da yeniləyəcəklər.

- Karyeranda ən çox yadda qalan klub hansıdır?

- Baxmayaraq ki, karyerama “Şahdağ Qusar”da başlamışam, ancaq karyeramın ən yaxşı vaxtları “Xəzər Lənkəran”da keçib. “Xəzər Lənkəran” mənim ikinci evim olub. Düzdür, “Qarabağ”da da oynamışam, uğurlarım olub, “Səbail”də də beş ilə yaxın oynamışam. Söhbət ən çox yadda qalan klubdan gedirsə, bu, “Xəzər Lənkəran”dır.

- “Şahdağ Qusar”a qayıtmağı özünə vəfa borcu saydın?

- Karyeramı bitirmişdim. “Şahdağ Qusar”dan və başqa klublardan təklif var idi. Oynamaq fikrim yox idi. “Şahdağ Qusar”dan təklif gələndə “yox” deyə bilmədim. Burada oynamaq mənim üçün həm fürsətdir, həm də özümə borc bildim ki, komandaya kömək edim.

- “Şahdağ Qusar”la titul da qazandın.

- Kömək etməyi özümə borc bilmişdim. Şükürlər olsun ki, borcumu yerinə yetirə bildim. “Şahdağ Qusar” 75 illiyində ilk kubokunu qazandı. Düzdü, bu, 2-ci liqadır. Amma “Şahdağ Qusar”ın rəsmi çempionluğu yox idi. Artıq oldu. İnanıram ki, bundan sonra da gücünü, iddiasını ortaya qoyaraq premyer-liqada da sözünü deyəcək.

- Özünü 1-ci liqada oynamağa hazır hiss edirsən? Fiziki durumun buna imkan verəcək

- Düşünürəm ki, 1-ci liqada oynaya bilərəm. Düzdür, bunu zaman göstərəcək. Fiziki durumum yerindədir. Mənə elə gəlir ki, oynaya bilərəm.

- “Şahdağ Qusar”la müqavilənin müddəti mövsümün sonunda bitib. Bu, komandadan getməyin anlamına gəlir, yoxsa müddət artıq uzadılıb?

- Bəli, müqaviləmin müddəti başa çatır. Əlbəttə, qalmaq istərdim. 1-ci liqada da komandaya əlimdən gələn köməyi etmək istərdim. Dediyim kimi, hələ heç nə bəlli deyil. Gözləyirik. Dəqiq söz deyən yoxdur. Büdcənin müəyyənləşməsini gözləyirik. Klubun gələcək planları necə olacaq - bu da bəlli deyil. Rəhbərliklə söhbətimiz olmayıb.

- Qusarlı azarkeşlər çox çılğındır. “Şəfa” ilə Bakıdakı oyunda da bunu növbəti dəfə gördük. “Xəzər Lənkəran” azarkeşləri, yoxsa “Şahdağ Qusar”?

- “Şahdağ Qusar”ın həmişə çılğın azarkeşləri olub. Bunu əvvəllər də görmüşəm, indi də gördüm. Baxmayaraq ki, komanda öz stadionunda oynaya bilmədi, hər yerdə azarkeşlər bizə dəstək göstərdi. Xüsusilə “Şəfa” ilə oyunu qeyd edərdim. Mövsümün ən vacib oyununda gəlib bizə dəstək oldular. Amma “Xəzər Lənkəran” azarkeşlərini də unutmaq olmaz. Onlar da çılğınlıqda heç kimdən geri qalmırlar. Ümumiyətlə, bölgələrdə futbola maraq böyükdür. Bakıda olmayan maraq bölgədə var. Stadionlar dolu olur. Ona görə də futbolu rayonlarda inkişaf etdirmək lazımdır. Müqayisə etmək çox çətindir. Hər iki azarkeşi eyni görürəm.

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər