Qusar Olimpiya İdman Kompleksinin təmsilçiləri yunan-Roma güləşi üzrə keçirilən yarışda fərqləniblər. Bu barədə ShimalNews 2 fevral tarixində məlumat verir.
“Lokomotiv” İdman Klubunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan açıq birincilik keçirilib.
Yarışda məşqçi Mehman Babayevin rəhbərliyi altında Emil Aydınbəyov və Temur Hacıyev qızıl, Məhəmməd Verdiyev gümüş, Tofiq Koroğluyev isə bürünc medala sahib çıxıblar. Onlar diplom və medallarla mükafatlandırılıblar.