top
Qusarlı idmançı: 5 ay sadəcə xizəklə düzgün yeriməyi öyrəndim
06 mart 2026, 17:47
- ↺ +

Qusarlı idmançı: "5 ay sadəcə xizəklə düzgün yeriməyi öyrəndim"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nurid Şəkərəliyev "Şahdağ" Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatının əsas kəşflərindən birinə çevrilib. Cəmi 1 il əvvəl xizəklə məşğul olmağa başlayan və yarışlarda yarım ildən az müddətdir iştirak edən idmançı nüfuzlu U-18 kateqoriyasında 5-ci yeri tutmağı bacarıb.

İdman.biz istedadlı xizəkçidən müsahibə alıb:

- Cəmi bir il məşq edərək Avropa çempionatında beşinci oldunuz. Bu nəticəni necə qiymətləndirirsiniz?

- Bəli, amma qarşıda çox yarış var və növbəti dəfə də uğurumu təkrarlamaq istəyirəm. Mənim arzum Azərbaycanın bayrağını fəxri kürsünün ən yüksək pilləsində qaldırmaqdır.

- Bu idman növünə necə gəldiniz?

- Doğulduğum Qusar rayonunun Əniq kəndində çoxları mənim bu məşğuliyyətimə skeptik yanaşırdı, soruşurdular ki, "bu, sənin nəyinə lazımdır?". Əminəm ki, indi də kimsə deyəcək ki, "bax, gördün, cəmi beşinci yer" (gülür). Amma mənim adıma səmimi şəkildə sevinəcək insanlar da olacaq.

İdmana sevgini mənə yığmanın baş məşqçisi Filip Qayet aşılayıb. O, mənə və rayonumuzdan olan digər uşaqlara hər şeyi sıfırdan öyrədib. İlk beş ay sadəcə xizəklə düzgün yeriməyi öyrəndim, yalnız bundan sonra eniş və yoxuşları keçməyi məşq etdik. O, əsl mentor kimidir və bizi hər sahədə dəstəkləyir: həm idmanda, həm də idmandan kənarda. Hətta qidalanma məsələlərində belə. İndi artıq hansı rasionun nəticəyə kömək etdiyini dəqiq bilirik.

- Siz 11-ci sinifdə oxuyursunuz. Orduda xidmətin karyeranızı dayandıracağından qorxmursunuz?

- İdmandan getməyəcəyəm. Bir il fasilə verməli olsam belə, mütləq qayıdacağam. Əlbəttə, xidmət zamanı bizim kimi idmançıların məşqinə şərait yaradılsa, çox yaxşı olar. Boksçulardan və ya güləşçilərdən fərqli olaraq, bizə yalnız zal kifayət etmir - bizə dağlar və qar lazımdır. Bunun üçün dağlıq ərazilərdə yerləşən hərbi hissələrə düşmək lazımdır ki, bu da müvafiq qurumların dəstəyini tələb edir. Amma hər halda, dağ alpinizmini tərk etməyəcəyəm.

- Bu idman növünün əsas üstünlüyü nədədir? Məktəblilər niyə bununla məşğul olmalıdırlar?

- Birincisi, bu, inanılmaz dərəcədə maraqlıdır. İkincisi, daim dağlarda, təmiz havada olursan və məşqlər sənə ağır gəlmir. Çünki bütün gücünlə nəfəs alırsan, zallarda və qapalı meydançalarda olmayan təmiz oksigeni udursan.

Əlbəttə, bu idman növü ilə məşğul olduqda, digər idmanlarda olduğu kimi, kompüter oyunlarını və sosial şəbəkələri də unudursan. Məşqlərdən, yarışlardan və uğurlarından zövq alırsan. Uğursuzluqları dəf etməyi öyrənirsən, daha yaxşı olmaq istəyirsən və daha çox məşq edirsən. Üstəlik, bütün bunlar möhtəşəm təbiətin fonunda baş verir və o təbiət özü insana böyük enerji verir.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər