Qusarlı idmançı güləş üzrə Azərbaycan çempionatının yarımfinalında iştirak edib. Bu barədə ShimalNews 31 mart tarixində Azərbaycan Güləş Federasiyasına istinadən məlumat verir.
Son günün U-20 yarışması Bakı İdman Sarayında keçirilib. Seymur Qasımov (Qusar, “Spartak”) və Fərid Xəlilov (Sumqayıt, “Təhsil”) 67 kq çəki dərəcəsində qarşılaşıblar.
Nəticədə Seymur 3:6 hesabla rəqibinə uduzub.