top
“Qusar”ın sosial mediada susqunluğu - Bu klub kimə və nəyə lazımdır?!
12 mart 2025, 16:08
- ↺ +

“Qusar”ın sosial mediada susqunluğu - Bu klub kimə və nəyə lazımdır?!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan futbolunda fərqli səviyyələr, fərqli tələblər və fərqli reallıqlar mövcuddur. Lakin müasir dövrdə hər bir futbol klubu üçün zəruri olan bir element vardırsa, o da sosial media platformalarında mövcudluqdur. Təəssüf ki, 2-ci liqa təmsilçisi "Qusar" FK bu sahədə ciddi problemlər yaşayır.

Klubun sosial şəbəkə hesabları iki ildən çoxdur ki, tamamilə "donmuş" vəziyyətdədir. Nə oyun xəbərləri, nə transfer məlumatları, nə də sadəcə azarkeşlərlə ünsiyyət var. Maraqlıdır ki, hətta kənd səviyyəsində, həvəskar komandalar belə bu gün sosial media platformalarında aktiv fəaliyyət göstərir, öz azarkeşləri ilə əlaqə saxlayır, nailiyyətlərini və çətinliklərini paylaşırlar.

Azərbaycanda işsizlik problemi haqqında çox danışılır, amma görünür ki, "Qusar" FK üçün bir sosial media meneceri tapmaq çox çətindir. Mobil telefon ilə keyfiyyətli şəkillər çəkib, qısa mətnlər yazıb paylaşmaq mürəkkəb bir iş deyil. Gənc, həvəsli bir insanı cüzi bir məbləğ müqabilində bu işə cəlb etmək mümkün olsa da, klub  bunu etməyi lazım bilmir.

Şərhlərdə azarkeşlərin narazılıqlarını görmək mümkündür. İnsanlar öz komandalarının nə etdiyini, kiminlə oynadığını, hansı nəticələr göstərdiyini bilmək istəyirlər.

Futbol klubu nə deməkdir? Bu, sadəcə 11 nəfərin meydançada top qovması deyil, eyni zamanda bir şəhərin, bir rayonun təmsilçisidir. Futbol, bir idman növündən daha çox, icma üçün bir birlik, həmrəylik və qürur mənbəyidir. Ancaq "Qusar" FK bu fürsəti tamamilə əldən buraxır.

Klub öz varlığını nümayiş etdirmək, tanınmaq, azarkeş bazası formalaşdırmaq istəmirmi? Bölgə futbolunun inkişafında maraqlı deyilmi? Bu klub nə üçün yaradılıb? Sadəcə liqa sistemini doldurmaq üçünmü? Yoxsa başqa məqsədlər var?

Bir klub sosial media platformalarından istifadə etmirsə, bu o deməkdir ki, ya onun göstərəcəyi bir şey yoxdur, ya da göstərmək istəmir. Hər iki halda, bu, modern futbol dünyasında ciddi bir qüsurdur.

Davud Maqsudov

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər