Qusarda uşaq və yeniyetmələr arasında futbol idman növü üzrə təlim məşqləri təşkil olunub. Bu haqda ShimalNews 27 sentyabr tarixində Gənclər və İdman idarəsinə (Gİİ) istinadən məlumat verir.
Gİİ-nin təşkilatçılığı ilə keçirilən tədbir Olimpiya İdman Kompleksində baş tutub. Burada məqsəd iştirakçıların futbol idman növünə marağının artırılmasıdır.