Xəbər verdiyimiz kimi, Qusar şəhər stadionunda yarıçıq qalmış işlər davam etdiriləcək.
Gələn il stadion hazır olandan sonra "Şahdağ Qusar" futbol klubu ev oyunlarını doğma stadionda keçirəcək.
Məlumata görə, "Şahdağ Qusar" rəhbəriyinin uşaq futbolu ilə bağlı da ciddi planları var.
Belə ki, onlar Qusarda akademiya binası tikməyi nəzərdə tutublar. Həmin akademiyaya Şimal regionundan istedadlı uşaqlar seçilərək cəlb olunacaq.
Mənbə: Rekordaz