top
Qusar stadionunun ot örtüyü süni olacaq - RƏSMİ
23 iyun 2025, 16:15
- ↺ +

Qusar stadionunun ot örtüyü süni olacaq - RƏSMİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024/25 mövsümündə II Liqanın qalibi "Şahdağ Qusar" oldu.

Bu nəticə ilə bölgə təmsilçisi I Liqaya yüksəldi.

Klubun peşəkar hazırlığı necə gedir? Komanda ev oyunlarını harada keçirəcək? Şövkət Orduxanov adına Qusar şəhər stadionu nə vaxt hazır olacaq?

Sualları klubun prezidenti Elçin Cananov Sport1.аz-a açıqlamasında cavablandırıb:

"Stadionumuzda təmir işləri hələ də yekunlaşmayıb. Betonlama prosesi tamamlanıb. Bununla yanaşı, ot örtüyü həll olunmayıb və santexniki işləri qalıb. Futbol məkanımızın əvvəlki qazonu təbii idi. Yeni stadionda ot örtüyü süni olacaq. Buna səbəb rayonumuzun relyefi və qışın sərt keçməsidir. Çünki sərt hava şəraitində təbii ot örtüyünü qorumaq çətindir. Bu, böyük xərclər tələb edir. Stadionumuzun bu ilin oktyabrına hazır olacağı gözlənilir. Amma bir qədər də uzana bilər. Ən pis halda l Liqanın ikinci dövrəsini doğma məkanımızda keçirəcəyik. Hələlik Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda oynayacağıq".

Klub prezidenti qeyd edib ki, komanda I Liqada yuxarı yerlər üçün mübarizə aparacaq: “Hələlik bəzi işlərimiz var ki, yekunlaşmayıb. Yəni, sponsorumuz ilə görüşümüz olmayıb. Qarşıdakı günlər onlarla görüşəcəyik. Büdcəmiz bilinəndən sonra hədəflərimiz bəlli olacaq. Buna uyğun transferlər edəcəyik. II Liqada mübarizə aparan heyətimizin özəyini qorumaq və əlavə oyunçular cəlb etməyi düşünürük".

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər