Qusarın futbol komandalarının Region liqasının pley-off mərhələsində çıxacağı ilk matçın meydançası bəlli olub. Bu barədə ShimalNews 7 aprel tarixində Region Liqasına istinadən məlumat verir.
Aprelin 8-i “ASK Arena” stadionunda saat 13:30-da “Şirvanovka” və “Füzuli”, növbəti gün isə “Saatlı OİK” stadionunda 16:00-da “Qusar” və “Araz” (Saatlı) komandaları mübarizə aparacaqlar.