Abşeron Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı sona yaxınlaşır.
Shimal.News xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq-da qaliblər müəyyənləşib.
72 kq çəki dərəcəsində yarışan qusarlı Seymur Qasımov fəxri pillənin ən yüksək zirvəsinə qalxaraq ölkə çempionu olub.