Futbol üzrə Azərbaycan 2-ci liqasının 13-cü turunun keçirilməli olan bir oyunu baş tutmayıb.
Shimal.News xəbər verir ki, “Qusar”–“Şahdağ Qusar” qarşılaşması keçirilməyib.
Buna "Qusar"ın görüşə gəlməməsi səbəb olub. AFFA İntizam Komitəsi tərəfindən hadisəyə hüquqi qiymət veriləcəyi bildirilib. "Qusar"a texniki məğlubiyyət veriləcəyi gözlənilir.