Əslən Qusardan olan cüdoçu Avropa çempionatında 10-cu qızılını qazanıb. Bu barədə ShimalNews 7 iyun tarixində məlumat verir.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatı keçirilib. M8 yaş kateqoriyası üzrə 90 kq çəki dərəcəsində yarışan Fərhad Rəcəbli bütün rəqiblərini məğlub edərək, qızıl medal qazanıb.
Bundan öncə - noyabr ayında idmançımız Dünya çempionatlarında 11-ci qızıl medalına sahib çıxmışdır.