Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü, “Quba” komandasında çıxış edən Zaur Paşayev yığmadakı karyerasını bitirib.
Shimal.News xəbər verir ki, 41 yaşlı basketbolçu karyerası ərzində “NTD-Devon”, “Qala”, “NTD- Tbilisi” (Gürcüstan), “Araz-NTD”, “Kutaisi” (Gürcüstan) və “Cəlilabad” kimi komandalarında oynayıb. O, iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Z.Paşayev son oyununu dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə ilə matçda keçirib.