top
Qubanın baş məşqçisi: Bu gün oyuna qələbə üçün çıxacağıq
11 yanvar 2025, 12:41
- ↺ +

"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün oyuna qələbə üçün çıxacağıq.

Shimal.News xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının X turunda bu gün "Ordu"ya qarşı keçirəcəkləri matçdan öncə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis qələbə qazanmaq istədiklərini deyib.

"Bu gün oyuna qələbə üçün çıxacağıq. Komandalar heyətlərini gücləndirib. Hər bir komanda özünün çatışmayan cəhətini düzəltməyə çalışıb. Yəqin ki, "Ordu" da bu müddətdən istifadə edib və heyətinə yeni oyunçular qatıb. Bu gün qələbə qazanmaq istəyirik. Oyun hər şeyi göstərəcək".

O, heyətlərini lazımi qədər genişləndirə bilmədiklərini vurğulayıb:

"Qrupumuzda üç hakimyətlilik davam edir. "Şəki", "Gəncə" və biz bir oyun az keçirmişik. "Ordu"nun "Gəncə" üzərində qələbəsi də var, amma bunu sensasiya saymıram. Çünki "Gəncə" deyildiyi kimi güclü komanda deyil. Biz o komanda ilə üç hissə bərabər səviyyədə mübarizə apardıq. Sadəcə sonda oyunçuların yorğunluğu öz sözünü dedi. Onların heyəti isə genişdir, rotasiya edə bilirlər. Bizdə bu sarıdan yenə problem ortaya çıxa bilər. Çünki heyətimizi genişləndirə bilməmişik. Yalnız Fikrət Ələkbərovu transfer etmişik. Onun komandaya gəlişi işimizi xeyli asanlaşdıracaq. O, sevdiyim, çox yaxşı və ağıllı oyunçudur. Komandadakı çatışmazlığı Fikrətin gəlişi ilə də aradan qaldırmağa çalışacağıq".

Məşqçi uzun fasilələrin bəzən oyuna təsir etdiyini də söyləyib:

"Sözün düzü, bu cür uzun fasilələr bəzən oyun ritminə də təsir edir. Amma bu labüd idi, olmalıydı. Hansı komanda bu tətildən yaxşı istifadə edə bilibsə, qalib gələcək. Çempionatın növbəti mərhələsinin daha maraqlı olacağını düşünürəm. Sözsüz ki, biz də liderlik üçün çalışacağıq. Heyətimiz pis deyil. Müəyyən uğurlar qazanmaq üçün mübarizə aparacağıq".

Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində baş tutacaq "Ordu" - "Quba" matçının start fiti saat 16:30-da səsləndiriləcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər