Qusarda Zəfər kuboku keçirilib. Bu barədə ShimalNews 9 noyabr tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
Yeniyetmə və gənc kikboksçular arasında təşkil olunan yarış 8 Noyabr - Zəfər Gününə həsr olunub. Qusar Olimpiya İdman Kompleksində baş tutan yarışda Qubadan 14 idmançı qatılıb.
Kənan Malıbəyov, Elcan Bəkmirzəyev, Nihad Əlverdiyev, Ayaz Verdiyev, Süleyman Məmmədov, Elgiz Nəzirov və Fərid Rüsdəmov Zəfər kubokunun birinciləri olublar.