Qubalı döyüşçü Şahnur Mehdiyev Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Ciu-citsu idman növü üzrə AJP beynəlxalq turnirində uğurlu çıxışı ilə fərqlənib.
Shimal.News-un məlumatına görə, 77 kiloqram çəki dərəcəsində yarışan Şahnur Mehdiyev ilk mərhələdə türkiyəli rəqibinə qalib gəlib. Gürcü və qazax idmançılar üzərində qazandığı ardıcıl qələbələrdən sonra isə final mərhələsinə yüksəlib.
Gərgin keçən final döyüşündə amerikalı idmançıya məğlub olaraq turnirin gümüş medalına sahib çıxıb.