Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində tədbir baş tutub. Bu barədə ShimalNews 1 iyun tarixində məlumat verir.
“İnsan Hüquqları Aylığı” çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı uşaqlar üçün mütəhərrik oyunlar keçirilib. Tədbir İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Oyunlarda iştirak edən azyaşlılara təbriklər səsləndirilib və uğurlar arzu edilib. Sonda isə
diplom və hədiyyələr təqdim edilib.