Qubada ilk mini süni örtüklü futbol meydançası inşa edilir. Bu barədə ShimalNews 16 fevral tarixində xəbər verir.
Təxmini 45-50 günə təhvil verilməsi gözlənilən bu məkan Yaşıl teatrın arxasında tikilir. İşlər icra hakimiyyəti və bələdiyyə tərəfindən həyata keçirilir.
Futbolsevərlər deyirlər ki, burada işlərin yekunlaşmasını səbirsizliklə gözləyirlər. Bundan öncə rayon ərazisində üstüörtülü stadion olmayıb.