Qubada yeniyetmə və gənclər arasında cüdo üzrə açıq birincilik keçirilib. Bu barədə ShimalNews 31 iyul tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Tədbir Əliməmmədoba kəndində yerləşən cüdo idman zalında baş tutub. Burada 100-ə yaxın idmançı yarışıb.
Gİİ tərəfindən təşkil olan müsabiqə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Qaliblərə diplom, medal və hədiyyələr təltif olunub.